Qahirə, 5 mart, AZƏRTAC
Misirdə çıxan populyar “Şbabalnil” elektron qəzetində AZƏRTAC ilə bir sıra xarici informasiya agentlikləri arasında əməkdaşlığın yaradılması barədə məlumat dərc olunub.
Nəşr yazır ki, martın 2-də Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC və Türkiyənin Anadolu Agentliyi, Sloveniya Mətbuat Agentliyi (STA) arasında əməkdaşlıq haqqında sazişlər, Rumıniyanın AGERPRES Agentliyi ilə isə Anlaşma Memorandumu imzalanıb. Bildirilir ki, AZƏRTAC-ın 95 illik yubileyi münasibətilə mərasimdə sənədləri Azərbaycan agentliyinin baş direktoru Aslan Aslanov, Anadolu Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Ercan Göçer, STA-nın baş direktoru Boyan Veselinoviç və AGERPRES-in baş direktoru İon Alexandru Giboi imzalayıblar.
Bildirilib ki, sənədlərə görə, AZƏRTAC ilə bu agentliklər arasında informasiya mübadiləsi aparılacaq, təcrübə mübadiləsi üçün qarşılıqlı səfərlər təşkil ediləcəkdir.
İnformasiyanın tam mətnini http://shbabalnil.com/Article/Item/36897 linkində oxuya bilərsiniz.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə