Bakı, 5 mart, AZƏRTAC
Bu ilin ortalarında Azərbaycanda kiberhücumlardan müdafiənin təmin olunması üçün böyük DATA mərkəzin açılışı nəzərdə tutulur.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə AZƏRTAC-a bildirib ki, bu mərkəzin imkanlarından həm dövlət qurumları, həm özəl şirkətlər, hətta beynəlxalq şirkətlər istifadə edə biləcəklər. Bu mərkəz eyni zamanda, daxili tələbatı ödəməklə yanaşı, regional xidmətlər göstərilməsini də təmin edəcək.