Samux, 5 mart, AZƏRTAC
Samuxda 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə sərbəst güləş üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, birincilikdə Samux rayonundan başqa, Gəncə və Tovuz güləşçiləri də mübarizə aparıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda müxtəlif çəki dərəcələrində qalib gələn idmançılar Samux rayon gənclər və idman idarəsi tərəfindən diplom və medallarla təltif olunublar.