Şamaxı, 5 mart, AZƏRTAC
Şamaxı şəhərində əmək və əhalinin sosial müdafiəsi nazirliyinin sifarişi ilə Qarabağ əlilləri və şəhid ailələri üçün inşa edilən 36 mənzilli yaşayış binasının bu ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, Qarabağ əlilləri və şəhid ailələri üçün bu vaxtacan Şamaxıda hər biri 16 mənzilli 3 yaşayış binası tikilib istifadəyə verilib. Hazırda inşa olunan binada əsas işlər başa çatdırılıb, dam örtüyü vurulub.