"Konyada qəzaya uğrayan "F-4" təlim təyyarəsinin Azərbaycanla birgə keçirilən təlimlərə bağlantısı yoxdur". ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bunu qəzanın baş verdiyi Konya şəhər valisi Muammər Erol deyib.

Onun sözlərinə görə, təyyarə normal təlim uçuşu yerinə yetirib. "Təlimlərlə heç bir əlaqəsi yoxdur. Təssüf ki, iki şəhidimiz var. Türk Silahlı Qüvvələrinin başı sağ olsun".

Artıq həlak olan iki pilotun da adları açıqlanıb. Onların hər ikisinin adı Mustafa olub. Onlardan biri Mustafa Tanış, digəri isə Mustafa Delikanlı olub. Türkiyədə "uçan tabut" adlandırlan təyyarənin qəzaya uğramasının səbəbləri araşdırılır.

Xatırladaq ki, Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən "TurAz Şahini 2015" təlimləri başlayıb. Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum və İl-76 hərbi-nəqliyyat təyyarəsi müştərək təlimlərdə iştirak etmək məqsədilə Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazaya gəlib.

Eyni zamanda "İŞIK-2015" beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopterləri də təlim keçiriləcək Konyadakı aviabazaya yollanıb.
Təlimlərdə Azərbaycan və Türkiyə ilə yaTəlimlər aprelin 13-dək davam edəcək.
Mənbə
ANS PRESS