ABŞ-ın Cənubi Koreyadakı səfiri ona edilən hücum nəticəsində ciddi xəsarət alıb
Bakı, 5 mart, AZƏRTAC
Martın 5-də ülgüclə silahlanmış şəxsin hücumu nəticəsində ABŞ-ın Cənubu Koreyadakı səfiri Mark Lippert ciddi xəsarət alıb. Seul polisi nümayəndəsinin bildirdiyinə görə, insident səhər saatlarında, səfirin Seulun mərkəzindəki kral Sedjon adına Mədəniyyət mərkəzinə mühazirə demək üçün yollandığı zaman baş verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə yerində həbs edilən cinayətkarın Kim Qi Çjon adlı Koreya Respublikasının vətəndaşı olduğu bildirilir. “Urimadan” adlı sol təmayüllü vətəndaş təşkilatının rəhbəri olan bu şəxs müharibənin və keçən bazar ertəsi başlayan ABŞ-Cənubi Koreya müştərək Foal Eagle və Key Resolve hərbi manevrlərinin əleyhinə olduğunu deyərək Amerika səfirinə hücum edib.
Xəsarət alan səfir yaxınlıqdakı xəstəxanalardan birinə aparılıb. KİV-lərdə dərc olunmuş şəkillərdə onun üzünün sağ tərəfindən yaralandığı görünür. Şahidlərin ifadəsinə görə, Kim Qi Çjon səfirə arxadan hücum edərək onu stolun üstünə yıxıb və üzünə ülgüclə xəsarət yetirib.
Qeyd edək ki, 2010-cu ildə Kim Qi Çjon Seulda Tokionun Yapon dənizindəki Tokto (Takesima) adalarına iddiasına etiraz əlaməti olaraq Yaponiya səfiri Tosinori Siqeieyə beton atdığına görə 2 il şərti həbs cəzasına məhkum edilmişdi.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25