Konya, 5 mart, AZƏRTAC 
Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarə ölkənin Konya vilayətində qəzaya uğrayıb. Vilayət rəhbərliyi tərəfindən yayılan məlumata görə, qəza təlim zamanı baş verib. Nəticədə təyyarənin pilotlarının hər ikisi həlak olub.
Qəza bölgəsində axtarış və təhqiqat işlərinə başlanılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Konya