Azərbaycanın təmsilçisi BMT Komissiyasının Daşınmaz Əmlak İdarəçiliyi üzrə işçi qrupunun sədri seçilib
Bakı, 5 mart, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Elşad Xanəlibəyli ardıcıl olaraq növbəti iki il müddətinə BMT Avropa İqtisadi Komissiyasının Daşınmaz Əmlak İdarəçiliyi üzrə işçi qrupunun, eləcə də işçi qrupu bürosunun sədri seçilib. İşçi qrupu sədrinin müavini vəzifəsini tutmaq üçün keçirilən seçkilərdə isə Culi Berri (Böyük Britaniya) və Rik Vauters (Hollandiya) səs çoxluğu ilə qalib gəliblər.
Bununla bağlı komitədən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, fevralın 26-27-də Cenevrədə BMT Avropa İqtisadi Komissiyasının (AİK) Daşınmaz Əmlak İdarəçiliyi üzrə işçi qrupunun növbəti, 9-cu sessiyası keçirilib. Sessiyaya işçi qrupunun 2013-cü ildən sədri olan Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi sədrlik edib.
Sessiyanı giriş sözü ilə BMT-nin baş katibinin müavini, BMT AİK-in icraçı katibi Kristian Friis Bax açıb. Sessiya çərçivəsində AİK regionuna daxil olan dövlətlərin daşınmaz əmlak nazirlərinin görüşü və müzakirə panelləri, daşınmaz əmlakın idarə edilməsi və idarəçiliyi sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların ikinci iclası təşkil edilib, işçi qrupunun 2013–2014-cü illərdə fəaliyyəti qiymətləndirilib, işçi qrupu bürosunun işi haqqında hesabat, işçi qrupunun 2016–2017-ci illər üçün iş proqramının layihəsi, habelə digər məsələlər geniş müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
Seçkilər nəticəsində işçi qrupunun bürosuna 11 dövlətdən (Avstriya, Azərbaycan, Böyük Britaniya, Danimarka, Finlandiya, Gürcüstan, İrlandiya, İtaliya, Hollandiya, Qırğızıstan və Yunanıstanın müvafiq dövlət qurumlarından) olan nümayəndələr üzv seçiliblər.
Sessiyanın işində AİK-ə üzv olan 56 dövlətin aidiyyəti qurumlarının nümayəndələri ilə yanaşı, BMT-nin Beynəlxalq Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), “EuroGeographics” beynəlxalq assosiasiyası, Beynəlxalq Bank, Avropa İttifaqının Daimi Kadastr Komitəsi (PCC), Avropa Daşınmaz Əmlak Xidməti (EULIS), Avropa Daşınmaz Əmlakın Qeydiyyatı Assosiasiyası (ELRA), Beynəlxalq Əmək Təşkilatı (İLO), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Geodeziya-Mərzçəkənlər Şurası (CLGE), Təbii Fəlakətlər Riskinin Azaldılması üzrə BMT Ofisi (UNİSDR), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR), BMT-nin Məskunlaşma Proqramı Administrasiyası (UN HABİTAT), USAID və digər beynəlxalq təşkilatların təmsilçiləri də iştirak ediblər.
Xatırladaq ki, Daşınmaz Əmlak İdarəçiliyi üzrə işçi qrupunun başlıca məqsədi BMT-nin Avropa İqtisadi Komissiyası regionunda daşınmaz əmlakın idarə olunması və idarəçiliyinin təkmilləşdirilməsi və bu sahədə qabaqcıl təcrübənin təşviqindən ibarətdir. İşçi qrupunun hədəfi daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qorunması, regionda daşınmaz əmlak və torpağın kadastrı və qeydiyyatı, eləcə də daşınmaz əmlak bazarlarının inkişaf etdirilməsini ehtiva edir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33