Pul ayağınıza gələcək
Bunu ANS PRESS-in əməkdaşı ilə söhbətində paytaxt sakini Elbrus Məmmədov deyib. Gənc oğlanın ali təhsilli olduğunu ancaq məcburiyyətdən günəmuzd işlədiyini söyləyir. Günlərlə işsiz qaldığını deyən Elbrus ailəli olduğu üçün hər gün evə çörək pulu aparmağa məcbur olduğunu bildirir.
Təəssüf ki, bu gün bu gənc oğlan kimi daimi iş axtaranların sayı az deyil. Mütəxəssislər çıxış yolu kimi bir sıra təkliflər irəli sürürlər. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Azər Mehtiyev ANS PRESS-ə açıqlamasında problemin kökünə toxunub. Mütəxəssis bildirir ki, işsizliyi minimuma endirmək üçün ali təhsil sisteminin mövcud bazar sisteminə uyğunlaşdırılmasına ehtiyac var. İqtisadçının fikrincə, bəzən ali məktəblər tərəfindən bazarın tələblərin uyğun kadrlar buraxılmır və yaxud həmin kadrların bilik-bacarıqları yetərli səviyyədə olmur:
"Təbii ki, şirkətlərdə işçi götürərəkən onun bilik-bacarıqlarına diqqət yetirirlər. Təhsil sahəsində ciddi işlər görülməlidir ki, bu işsizlik problemi öz həllini tapsın. Hökumət səviyyəsində Təhsil və Məşğulluq Konsepsiyaları qəbul olunub, ancaq bu proqramlar nisbətən ləng tətbiq edilir. Bu isə müsbət nəticə əldə etmək üçün uzun müddət tələb olunur".
A.Mehtiyev hesab edir ki, ölkədə çoxlu sayda daimi iş yerləri açılmalıdır. Ekspertin sözlərinə görə, bizdə daha çox ixtisas tələb olunmayan tikinti, yol çəkilişi və s. kimi sahələrdə iş yerləri açılır: "Bu cür iş yerləri isə insanların ehtiyaclarını tam qane etmir. İş yerlərinin artırılması üçün bazar sahibkarlıq mühitinin yaxşılaşdırılmasına ehtiyac var. Bununla yanaşı, davamlı olaraq insanlar üçün yeni ixtisas əldə etmək üçün sistem qurulmalıdır. Belə olarsa daha çox iş yerləri və müəssisələr yaradılacaq, həmçinin insanların işsizlik problemi kökündən həll olunacaq".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bildirilir ki, nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən məşğulluq xidmətlərinin əhaliyə daha yaxın olması məqsədilə Bakı şəhərinin rayonlarında səyyar formada əmək birjaları təşkil olunur.
Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, səyyar əmək birjası müvafiq texniki avadanlıqlarla təmin edilmiş nəqliyyat vasitəsilə təşkil edilir. Müəyyən olunmuş günlərdə paytaxtın ayrı-ayrı ərazilərində fəaliyyət göstərən səyyar əmək birjalarında müraciət edən yerli işaxtaran vətəndaşlar müəssisələrdəki boş (vakant) iş yerləri, habelə müvəqqəti xarakterli işlər barədə məlumatlarlandırılırlar. Vətəndaşlara işləmək istədikləri və əmək qabiliyyətlərinə uyğun boş iş yerlərinə yerindəcə göndərişlər verilir, lazımi hallarda onlar digər aktiv məşğulluq tədbirlərinə cəlb olunmaq üçün qeydiyyata alınırlar.
Bu ilin əvvəlindən Bakı şəhərinin müxtəlif yerlərində işsiz və işaxtaran vətəndaşlar üçün artıq 7 səyyar əmək birjası təşkil olunub və nəticədə 100 nəfərə yaxın artıq şəxsə boş iş yerlərinə göndərişlər verilib, 43 nəfər peşə hazırlığına cəlb edilmək üçün qeydiyyata götürülüb. Növbəti belə tədbir sabah, 27 fevral tarixində Binəqədi rayon ərazisində (7-ci m.rayon, S.S.Axundov küç. İnqilab kinoteatrının yaxınlığı) keçiriləcək.
Səyyar əmək birjasında işaxtaran şəxslərə rayon məşğullluq mərkəzinin bazasında olan, fəhlə və qulluqçu peşələri üzrə 770-dən çox boş iş yeri təklif olunacaq. Nazirlikdən əmin edirlər ki, bu tədbirlərin mütəmadi olaraq bütün il boyu davam etdirilməsi nəzərdə tutulub. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47