Türkiyəli aktrisa Serenay Sarıkaya “Medcezir”də baş rolda çəkildiyi aktyor Çağatay Ulusoyla bağlı jurnalistlərin suallarını cavablandırıb.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, aktrisa müxbirlərin ”Yaman obrazı ilə bir-birinizi tamamlayırsınız. Səbəbi real həyatda da Çağatayla o cür olmağınızdır?” sözlərinə belə münasibət bildirib:

“Çox gözəl sual verdiniz, amma real həyatla heç bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, Serenay Sarıkaya ilə Çağatay Ulusoy daha əvvəl sevgili olublar. Cütlük daha sonra yollarını ayırıb.