Bakı, 5 mart, AZƏRTAC 
Belarus nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə martın 13-də Bakıda Azərbaycan-Belarus biznes forumu keçiriləcək.
AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, biznes forumda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən Belarus şirkətləri iştirak edəcəklər. Azərbaycanda fəaliyyət göstərən iş adamları və sahibkarlar Bakı Biznes Mərkəzində (ünvan: Neftçilər prosp., 32) keçiriləcək tədbirə dəvət olunurlar.
Tədbirlə bağlı əlavə məlumata ehtiyacı olanlar Fondla əlaqə saxlaya bilərlər. (tel.: 012 5980147/48, daxili: 120,119 və ya 123; e-mail: rveliyev@azpromo.az).