Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasından qaçan xəstələrdən xəbər var. Xəstəxanadan Milli.Az-a bildirildi ki, bir neçə gün əvvəl orada müalicə alan 4 xəstə dispanserin 9 saylı psixiatriya şöbəsindən müəmmalı şəkildə qaçmışdı. Onlar artıq tapılaraq xəstəxanaya qaytarılıblar. Onu da əlavə edək ki, qaçanlardan biri Əsgər Anaları İctimai Birliyinin sədri Taisiya Qordeyevanın oğlu Leonid idi.

Gülər
Milli.Az


Xəbəri buradan oxu:

Azərbaycanda məşhur qadının oğlu dəlixanadan qaçdı