Azərbaycandakı əmək pensiyaçılarının sayı açıqlanıb.

 

Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, hazırda  əmək pensiyası alan şəxslərin sayı 1 milyon 290 min 882 nəfərdir. Bu şəxslərin  60,8 faizi yaşa, 28,3 faizini əlilliyə görə, 10,9 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlardır.