Böyükşor gölünün ətrafında bulvar salınacağı barədə xəbər artıq çoxuna məlumdur. Bundan başqa, Abşeron yarımadasındakı Xocasən, Binəqədi, Lökbatan, Qaradağ, Qu, Zabrat və Bülbülə göllərində də abadlıq işləri görüləcək.

Milli.Az Day.Az saytına istinadən bildirir ki, ətrafında abadlıq aparılacaq göllərin siyahısına daha biri əlavə olunub. Bu, Yasamal rayonu ərazisinə düşən Qanlı göldür. Bir neçə gün əvvəl burada abadlıq işlərinə start verilib. Göl tamamilə zibildən təmizlənəcək. 200 hektar ərazidə park salınacaq. Yeni otel və əyləncə mərkəzinin tikintisi də nəzərdə tutulub.

Milli.Az