ANS PRESS-in məlumatına görə, Bekhem dostları ilə çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb. Məşhurların selfi çəkdirdikləri tağın içində müzey var və bu muzeyindən terrasa çıxmaq olar. Lkin Bekhem və dostları risk edərək tikilinin ən hündür yerinə dırmaşıblar.
"Üçlük təhlükəyə əhəmiyyət vermədən şəkil çəkdirmək üçün Londonun fəxarət yeri olan zirvəyə çıxıblar. Lakin deyəsən Devid Bekhemin həyat yoldaşının xoşuna gəlməyib. "Space Girls" qrupunun solisti bu an maşında oturub onlara baxıb və kişilərin bu qəribə hərəkətlərini böyük həyacanla izləyib. Onlar yerə düşdükdə isə dərindən nəfəs aldığını deyib".
Futbolçu Vellinqton tağının yerləşdiyi tikilidə tədbir keçirib. Tədbirin sonunda isə dostları ilə birlikdə arkanın zirvəsinə çıxmağa qərar verib. Bekhem kiçik oğlunun uğurlarını qeyd etmək üçün ziyafət düzənləyib. İş orasındadır ki, Devid Bekhem "Haig Club" markalı viski buraxmağa başlayıb, Qay Riçi isə onun reklam çarxını çəkib. Dostları Tom Kruz isə film çəkilişlərinə görə Londonda olduğundan ziyafətə gəlib.
Bu zaman, aşağıda dayanan fotoqraflardan biri onları çəkib və məlum olub ki, kişilərlə birlikdə Vellinqton tağına Qay Riçinin rəfiqəsi Ceki Eynsli də qalxıb.

Mənbə
ANS PRESS