Qazax, 5 mart, AZƏRTAC
Azərbaycanda ardıcıl olaraq ikinci ildir ki, əhalinin pulsuz tibbi müayinəsi aparılır. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən xeyirxah aksiya Qazaxda da uğurla davam etdirilir.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Arzu Novruzov AZƏRTAC-a bildirib ki, fevralın 3-dən bu günədək 25098 nəfər rayon sakini müayinə olunub. Müayinə zamanı 1852 nəfərdə xəstəliklərin ilkin əlamətləri aşkarlanıb. Onlardan 1611 nəfərinə ambulator, 241 nəfərinə isə stasionar müalicə təyin olunub.
Tibbi müayinədən yararlanan rayon sakinləri xeyirxah aksiyanı yüksək qiymətləndir və bu qayğıya görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.