Dünya mobil telefonlar bazarının həcmi 4 faiz artıb
Ekspertlərin 2014-cü il üçün məlumatına görə, adi mobil telefonların və smartfonların dünya səviyyəsində ümumi satış həcmi 1,88 milyard ədəd təşkil edib ki, bu da bir il əvvəldən 3,9 faiz çoxdur. Müsbət dinamika mobil telefonlara tələbatın müvafiq olaraq 2,8 və 9,1 faiz azaldığı Yaponiya və Qərbi Avropadan başqa bütün regionlarda müşahidə olunub. Mütəxəssislər tədqiqatda azalmanın səbəbini qeyd etmirlər.
"Samsung Electronics" şirkəti nəhəng mobil telefon istehsalçısı olaraq qalsa da, rəqiblərin təzyiqi fonunda Cənubi Koreya istehsalçısının qurğularının satışı azalmağa doğru gedir. 2014-cü ildə dünya istehlakçıları 392,5 milyon "Samsung" telefonu alıb, halbuki 2013-cü ildə bu göstərici 444,5 milyon təşkil edib. Nəticədə hesabat dövründə istehsalçının bazar payı 24,6 faizdən 20,9 faizədək azalıb. Lakin bu hələ də onun yaxın izləyicilərindən xeyli çoxdur.
"Apple" ötən ili 191,4 milyon satılmış "iPhone" modeli ilə başa vurub ki, bu da ümumi həcmdə bazarın 10,2 faizi deməkdir. Bir il əvvəl bu göstərici 8,3 faiz təşkil edib. ABŞ şirkəti "Microsoft/Nokia" korporasiyasını qabaqlayaraq ikinci iri istehsalçı olub. Bu birləşmiş korporasiya 185,7 milyon satılmış qurğu ilə üçüncü yeri tutub ki, bu da 2013-cü illə müqayisədə 65 milyon telefon azdır. "Gartner"in hesablamasına görə, "Microsoft/Nokia" dünya mobil telefonlar bazarının 9,9 faizinə nəzarət edir.
Nəhəng mobil telefon şirkətləri reytinqində dördüncü yerə "Motorola" şirkətini satın alan Çinin "Lenovo" istehsalçısı yüksəlib. 2014-cü il ərzində "Lenovo" və "Motorola" markalı satılan telefonların sayı 84 milyon ədədə (ümumdünya göstəricisinin 4,5 faizi) çatıb, halbuki ötən il satış həcmi 66,5 milyon ədəd (3,7 faiz) olub.
Beşinci yeri tutan "LG" şirkətinin ötənilki payı 2013-cü ildəki 3,8 faizdən 4 faizədək artıb. Cənubi Koreya şirkəti 2014-cü ildə 76,1 milyon telefon satıb. İstehsalçının yaxın izləyicilərində - "Huawei" və "TCL" Communication" şirkətlərində bu göstərici müvafiq olaraq 70,5 (3,8 faiz) və 64 (3,4 faiz) milyon qurğu təşkil edib. Onlardan sonrakı yerlərdə "Xiaomi" (3 faiz), "ZTE" (2,9 faiz), "Sony" və "Micromax" (hərəyə 2 faiz) şirkətləri qərarlaşıb, - "DailyComm" yazır.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33