Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk şəhərindəki Zasyadko adına kömür mədənində baş verən faciə ilə əlaqədar martın 5-i  ölkədə matəm günü elan edilməsi haqqında fərman imzalayıb.
 
APA-nın məlumatına görə, bu barədə prezidentin mətbuat katibi Svyatoslav Tseqolko bildirib.
 
Son məlumatlara görə, kömür mədənində baş verən partlayış nəticəsində 33 nəfər ölüb.
 
Xatırladaq ki, martın 4-də Ukraynanın separatçıların nəzarətində olan Donetsk şəhərindəki Zasyadko adına kömür mədənində metan qazı partlamışdı.
 
Milli.Az