Böyükkişi Ağayev Ukraynada akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin fəxri üzvü seçilib
Kiyev, 4 mart, AZƏRTAC
Kiyevdə, akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin İdarə heyətinin və Əlaqələndirmə Şurasının birgə iclasında akademik Böyükkişi Ağayevin Mərkəzin fəxri üzvü seçilməsi barədə qərar qəbul edilib. Elə həmin qərarda B.Ağayevin Əlaqələndirmə Şurasının üzvü seçilməsi tövsiyə olunub.
Akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin rəhbəri, həmvətənimiz, professor Aydın Salmanov AZƏRTAC-a müsahibəsində əvvəlcə agentliyi 95 illiyi münasibətilə təbrik edib.
O bildirib ki, akademik B.Ağayev qurumun fəxri üzvü adına elm, təhsil və səhiyyə sahəsində böyük xidmətlərinə görə layiq görülüb.
Xatırladaq ki, Böyükkişi Ağayev Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, professor, tibb elmləri doktoru, Azərbaycanın Əməkdar Elm Xadimi, Azərbaycan Dövlət Mükafatı laureatıdır. B.Ağayev Azərbaycan Səhiyyə Nazirliyinin akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin direktorudur. O, 1958-ci ildən tibb institutları sistemində dərs deyir, 1973-cü ildən Azərbaycan Tibb Universitetinin cərrahi xəstəliklər kafedrasının müdiri, Səhiyyə Nazirliyinin baş cərrahıdır. Akademik B.Ağayev 300-dən çox elmi işin müəllifidir. Tanınmış azərbaycanlı alim Beynəlxalq Qasrointestinal Klubunun (Niderland) həqiqi üzvü, Avropa Travma və Təcili Cərrahlıq Assosiasiyasının (İtaliya) idarə heyətinin, Avropa Cərrahlar Cəmiyyətinin (Almaniya) idarə heyətinin və Avrasiya Qastroenteroloqlar Cəmiyyətinin (Türkiyə) üzvüdür.
İş cədvəlinin gərgin olmasına baxmayaraq, B.Ağayev geniş ictimai fəaliyyətlə məşğuldur. O, Respublika Şəfqət və Sağlamlıq Fondunun prezidenti, Azərbaycan Cərrahlarının Elmi-Praktik Cəmiyyətinin sədridir. 1990-1995-ci illərdə Azərbaycan parlamentinin deputatı olub. 1997 və 2003-cü illərdə Bakıda keçirilən Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqreslərinin sədri olub. B.Ağayev elm, təhsil və səhiyyə sahələrində böyük xidmətlərinə görə Azərbaycan Respublikasının yüksək mükafatlarına layiq görülüb.
Zeynal Ağazadə
AZƏRTAC –ın xüsusi müxbiri
Kiyev
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25