Sumqayıtda mənzil fondunun idarə edilməsində yeni üsulların tətbiqi müzakirə olunub
Sumqayıt, 4 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Martın 4-də Sumqayıtda İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə “Mənzil fondunun idarə edilməsində yeni üsulların tətbiqi” mövzusunda tədbir keçirilib. Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Abşeron Rayon İcra Hakimiyyətinin, şəhər və rayon bələdiyyələrinin, çoxmənzilli binalarda yaradılan məhəllə komitələrinin nümayəndələri, mənzil mülkiyyətçiləri və bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi mənzil-kommunal sahəsində formalaşmaqda olan yeni münasibətlərin müzakirə edilməsi, bu sahədə bazar iqtisadiyyatı prinsiplərinin tətbiqinin sürətləndirilməsi, eləcə də mənzil mülkiyyətçiləri ilə birgə müzakirələrin aparılması və ictimaiyyətin maarifləndirilməsidir.
Tədbiri açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Tariyel Hacıyev dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizin hər yerində olduğu kimi, Sumqayıtda da əhalinin həyat səviyyəsinin yüksəldiyini, mənzil fondunun genişləndiyini və müasir tələblər əsasında yenidən qurulduğunu bildirib, belə tədbirlərin sakinlərin mənzil fondunun idarə edilməsi sahəsində məlumatlandırılmasında əhəmiyyətini diqqətə çatdırıb.
İqtisadiyyat və Sənaye Nazirliyinin mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov mənzil-kommunal sahəsində aparılan institusional islahatlar barədə məlumat verib. Qeyd edilib ki, aparılan iqtisadi islahatlar nəticəsində digər sahələrlə yanaşı, mənzil-kommunal təsərrüfatı sektorunun inkişafında da əhəmiyyətli tədbirlər həyata keçirilib, bu sahədə beynəlxalq tələblərə cavab verən qanunvericilik bazası - Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qəbul olunub. Məcəllə qabaqcıl dövlətlərin təcrübəsi əsasında, ölkənin milli xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb. Sənəddə bazar iqtisadiyyatı prinsiplərinin tətbiqi, mənzil-kommunal sahələrinin idarə edilməsinin təkmilləşdirilməsi və aparılacaq islahatların əsas istiqamətləri müəyyənləşdirilib. Məcəllədə yeniliklərdən biri də dövlət mənzil fondu ilə yanaşı, bələdiyyə mənzil fondu və özəl mənzil fondunun da müəyyən olunmasıdır.
Yeni Məcəllənin əvvəlki Məcəllədən əsas fərqi çoxmənzilli binanın ümumi əmlakının mülkiyyətçilərə - yəni sakinlərə məxsus olması və onun istismarı, saxlanması ilə bağlıdır. Belə ki, yeni qanunvericiliyə görə yaşayış binasında birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi əmlak hesab olunur və ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının mülkiyyətçilərinə məxsusdur. Yeni idarəçilik formasına əsasən, binanın idarə edilməsi üsulunun və idarəedicinin seçilməsi, xidmətlərin nədən ibarət olması, eləcə də yaşayış sahəsinə görə haqqın miqdarı və bu kimi məsələlər mülkiyyətçilər tərəfindən müəyyən edilir.
Bildirilib ki, mənzil fondunun yeni idarəetmə metodlarının tətbiqinin stimullaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində artıq 7 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeydiyyatdan keçib, daha bir neçəsinin yaradılması üzrə işlər davam etdirilir.
Bununla yanaşı, tədbirdə nazirliyin mənzil-kommunal siyasəti şöbəsinin normativ-metodiki təminat və icmal sektorunun müdiri Arif Nəzərov Azərbaycanda mənzil fondunun idarə edilməsinin yeni üsulları, Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ramiz Göyüşov Binəqədi rayonunda bu sahədə görülən işlər, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması, Sumqayıt Şəhər Bələdiyyəsinin sədri, Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Əbülfəz Babayev mənzil fondunun idarə edilməsində bələdiyyələrin rolu və vəzifələri barədə çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.
Sonda iştirakçılara “Mənzil fondunun yeni idarəetmə üsullarına dair sənədlər toplusu” adlı kitablar və maarifləndirici broşurlar paylanılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33