Azərbaycanın ədəbiyyat və milli mətbəx paytaxtlarının təqdimatı olub
Bakı, 4 mart, Türkan Abdullayeva, AZƏRTAC
Martın 4-də Azərbaycan Xalça Muzeyində 2015-ci il üçün Azərbaycanın xalq yaradıcılığı paytaxtlarının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin “Dolçe Vita” adlı simli kvinteti çıxış edib.
Sonra Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev layihə haqqında məlumat verib, xalq yaradıcılığı paytaxtlarının seçilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə nazirlik tərəfindən həyata keçirilən “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramı çərçivəsində 5 il ərzində üç nominasiya üzrə 15 “paytaxt” elan edilib. Ötən müddət ərzində xalq yaradıcılığı paytaxtlarında müxtəlif səviyyəli bir sıra tədbirlər keçirilib.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramının bölgələrə verdiyi müsbət töhfələri nəzərə alaraq görülən işlərin yeni formada davam etdirilməsi məqsədilə yeni “Xalq Yaradıcılığı Paytaxtları” Proqramının təsdiq olunduğunu söyləyib. Bildirib ki, beş ildir davam edən layihə bir çox uğurlu tədbirlərin keçirilməsinə səbəb olub. Bu layihə regionlarda mədəni həyatın canlandırılmasına, mədəniyyətin təbliğinə imkan verib. Proqram çərçivəsində Qəbələ, Şəki və Masallıda keçirilən mürəbbə, şirniyyat və folklor festivalları artıq ənənəyə çevrilib.
Diqqətə çatdırıb ki, bu gün ilk dəfə olaraq yeni nominasiyalar üzrə layihəyə start verilir. Yeni proqramla əlaqədar 2015-ci il üçün Şamaxı şəhəri “Azərbaycanın ədəbiyyat paytaxtı”, Qax şəhəri isə “Azərbaycanın milli mətbəx paytaxtı” elan edilib. Yeni paytaxtların elan olunması bölgələrdə mədəniyyət tədbirlərinin canlanmasına təkan verəcək.
Ə.Qarayev qeyd edib ki, cari ildə Şamaxı və Qaxda nominasiyalara uyğun olaraq təntənəli mərasimlər, “dəyirmi masa”, qiraət müsabiqələri, poeziya axşamları, təqdimatlar və digər tədbirlər keçiriləcəkdir. İnanıram ki, mətbəx ustaları və ədiblər bu işə fəal qoşulacaqlar.
Nazir diqqətə çatdırıb ki, bu gün Azərbaycan mətbəxinin və mədəniyyətinin dünyaya tanıdılmasında mühüm işlər görülür. Əsas məqsəd mənfur ermənilərin Azərbaycana aid yeməkləri öz adlarına çıxmalarının qarşısını almaqdır. Ölkəmizin düzgün siyasəti nəticəsində bunun qarşısını almağa nail olmuşuq.
Vurğulanıb ki, Azərbaycan ədəbiyyatı nümunələri xarici dillərə tərcümə olunur, bu əsələr dünya teatrlarında səhnələşdirilir.
Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov ölkəmizin regionlarında tarix boyu özünəməxsus mədəniyyətin, ədəbiyyatın, eləcə də mətbəxin mövcudluğunu vurğulayaraq, bunların içərisində ədəbiyyatın xüsusilə fərqli düşüncəli olduğunu qeyd edib. Bildirib ki, bu layihə sayəsində bölgələrdə yeni yaranan ədəbi əsərlər və müəlliflər barədə məlumat almaq mümkün olacaqdır.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Vüqar Məmmədov 2014-cü ildə “paytaxt” seçilmiş şəhərlərdə həyata keçirilmiş işlərin hesabatını təqdim edib.
Şamaxı və Qax rayonlarının icra hakimiyyətləri başçılarının müavinləri Gülnisə Ələkbərova və Vəfa Heydərova təmsil etdikləri bölgələrin tarixi, mədəniyyət, incəsənət və turizm sahələrində əldə olunan nailiyyətlər, cari ildə görüləcək işlər barədə məlumat veriblər.
Mərasimdə ötən il xalq yaradıcılığı paytaxtı olmuş Qəbələ, Balakən və Abşeron rayonlarının mədəniyyət və turizm şöbələrinin müdirləri Nargilə Qafarovaya, Ruqiyyət Seyidovaya və İlham Manafova illik tədbirlər planının icrasındakı məqsədyönlü fəaliyyətlərinə görə nazirliyin fəxri fərmanı təqdim olunub.
Sonda 2015-ci il üçün Şamaxı şəhərinin “Azərbaycanın ədəbiyyat paytaxtı” və Qax şəhərinin “Azərbaycanın milli mətbəx paytaxtı” elan edilməsi ilə bağlı hazırlanmış xatirə kubokları və fəxri diplomlar təqdim olunub, xatirə şəkli çəkdirilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47