Pep Qvardiola baş məşqçisi olduğu "Bavariya"dan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, müqaviləsinin müddəti başa çatana qədər Münhen klubunu çalışdıracağını deyib:
 
"Heç bir klubdan təklif almamışam və hər hansı təklif də gözləmirəm. "Bavariya"da uzun illər çalışa bilərəm".
P.Qvardiola yenidən "Barselona"ya qayıdacağı ilə bağlı yayılan xəbərləri də təkzib edib:

"Əgər "Barselona"ya dönsəm, başıma çəkiclə vurarsınız".
 
Qeyd edək ki, P.Qvardiola ilə "Mançester Siti" və "Barselona"nın maraqlandığı iddia edilir.

Milli.Az