Daşkənddəki podrobno.uz portalı Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin Özbəkistana səfəri ilə bağlı material verib
Daşkənd, 4 mart, AZƏRTAC
Daşkənddəki podrobno.uz portalı Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Özbəkistana səfəri ilə bağlı material verib.
Məqalədə deyilir ki, Şahin Mustafayevin Özbəkistan baş nazirinin müavini Uluqbek Roziqulov, xarici iqtisadi əlaqələr, investisiya və ticarət naziri Eler Qəniyev və iqtisadiyyat naziri Qalina Saidova ilə görüşlər keçirib.
Danışıqlarda Özbəkistanla Azərbaycan arasındakı əlaqələrin indiki vəziyyəti və perspektivləri, həmçinin ticarət-iqtisadi, nəqliyyat-kommunikasiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Materialda deyilir ki, Azərbaycan tərəfi Özbəkistandan minik və yük maşınları, kənd təsərrüfatı, elektrik və məişət texnikası, inşaat materialları, toxuculuq məhsulları və digər malların alınmasına maraq göstərib.
Yazıda qeyd olunur ki, görüşdə ölkələr arasında nəqliyyat və transit sahələrində əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub, milli sənaye sərgilərinin yenidən keçirilməsi vacibliyinə toxunulub.
Tərəflər 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmiryol xəttindən Özbəkistanın istifadə etməsi imkanları və perspektivləri ətrafında da geniş fikir mübadiləsi aparıblar.
Qeyd edilir ki, görüşdə 2015-ci ilin sonunadək Özbəkistan-Azərbaycan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının növbəti iclasının keçirilməsi də qərara alınıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05