APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib. O bildirib ki, Rusiyanı gələcəkdə bu cür faciələrin baş verməsindən qorumaq lazımdır:
“Səs-küylü cinayətlərə, o cümlədən siyasi xarakterli olanlara çox ciddi diqqət yetirilməlidir. Rusiyanı, nəhayət ki, bu yaxınlarda gördüyümüz və yaşadığımıza bənzər biabırçılıqdan və faciədən qurtarmaq lazımdır. Mən Boris Nemtsovun birbaşa paytaxtın mərkəzində həyasızcasına öldürülməsini nəzərdə tuturam”.
Milli.Az