[ 04 Mart 2015 14:40 ]


Moskva. Fərid ƏKbərov – APA. “Boris Nemtsovun qətlində şübhəli bilinən şəxslər var”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbəri Aleksandr Bortnikov jurnalistlərə açıqlamasında deyib. “Şübhəli şəxslər hər zaman var” -, deyə o, jurnalistlərin “Boris Nemtsovun qətlində şübhəli şəxs varmı” sualına cavabında bildirib.


Qeyd edək ki, fevralın 27-də gecə saat 23:40 radələrində Rusiyanın tanınmış müxalifətçisi Boris Nemtsov Moskvanın mərkəzində naməlum şəxs tərəfindən qətlə yetirilib.