Bakı, 4 mart, AZƏRTAC 
Martın 4-də yerli vaxtla səhər saat 5:20-də Donetskdəki Zasyadko adına şaxtada partlayış baş verib.
AZƏRTAC Ukrayna mediasına istinadla xəbər verir ki, qəza baş verən zaman burada 207 şaxtaçı olub. Bədbəxt hadisə metan qazının partlaması nəticəsində baş verib. İlkin məlumata görə, qəza nəticəsində ölənlərin sayı 30 nəfərdən çoxdur. Hələlik xilasedicilər partlayışın baş verdiyi əraziyə daxil ola bilmirlər.
Ukrayna Ali Radasının rəhbəri Vladimir Qroysman partlayış nəticəsində 32 nəfərin həlak olduğunu bildirib. Ali Radanın sədri bu məlumatı martın 4-də parlamentin iclasının açılışında verib.