Bakı, 4 mart, AZƏRTAC 
Aksiz Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilən küllü miqdarda siqaret aşkar olunub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildiriblər ki, İlkin Bədəlovun idarə etdiyi “Mercedes Benz E 200” markalı minik avtomobilində sərnişin qismində əyləşmiş Rac Süleymanova məxsus 5250 qutu xarici markalı siqaret aşkar edilərək götürülüb.
Faktla bağlı təhqiqat aparılır.