Elmi İnnovasiyalar Mərkəzi sənayenin inkişafı üzrə Dövlət Proqramının icrası ilə bağlı Tədbirlər planı hazırlayacaq
“Tədbirlər planı”nın işlənib hazırlanmasına dair qərar EİM-in Elmi Şurasının növbəti iclasında qəbul edilib.
Mərkəzdən bildirilib ki, EİM-in direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazovun sədrliyi ilə keçirilən iclasda sözügedən proqramın təsdiq edilməsi haqqında respublika prezidentinin sərəncamından irəli gələn vəzifələr müzakirə edilib, fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Dövlət Proqramının əsas məqsəd və vəzifələrinə elmtutumlu və innovativ istehsalın genişləndirilməsi; qabaqcıl texnologiyaların transferi və mənimsənilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi; innovasiyaların təşviqi, sənayenin inkişaf etdirilməsi istiqamətində özəl sektorun iştirakı ilə son məhsulların istehsalınadək texnoloji zəncirlərin qurulması; yeni regional inkişaf mərkəzlərinin, xüsusi iqtisadi zonaların, prioritet sahələr üzrə ərazi-istehsal klasterlərinin və yerli xammala əsaslanan yeni sənaye müəssisələrinin yaradılması; sənaye və texnologiyalar parklarının və sənaye məhəllələrinin yaradılması; innovasiya fəaliyyətinin genişləndirilməsi üçün dövlət dəstəyinin gücləndirilməsi; sənaye müəssisələrində innovasiyayönlü texnologiyaların tətbiqinin stimullaşdırılması və s. daxildir.
Dövlət Proqramının icra müddətində yüksək texnologiyaların tətbiqi ilə yeni istehsal sahələrinin fəaliyyətə başlaması da prioritetlər sırasındadır.
Bu baxımdan elektron avadanlıqların istehsalının genişləndirilməsi və əczaçılıq məhsullarının istehsalının qurulması imkanları nəzərdən keçirilməli, mövcud sənaye və texnologiyalar parklarının fəaliyyətinin gücləndirilməsi, yeni sənaye parklarının və sənaye məhəllələrinin yaradılması, xüsusi iqtisadi zonaların fəaliyyətə başlaması və regionların sənaye potensialının artırılması istiqamətləri diqqət mərkəzində saxlanılmalıdır.
Həqiqət İSABALAYEVA
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25