Dünyanın ən məşhur reperlərindən biri, son vaxtlar adını dəyişərək Snup Lion olmuş Snup Doqq Parisdə keçirilən Yüksək Moda Həftəsinə (Paris Fashion Week) qatılıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ETAM brendinin payız-qış kolleksiyasının nümayişində podiuma çıxan 43 yaşlı reper son mahnılarını ifa etməklə yanaşı, məxsusi olaraq onunçun hazırlanmış qış geyimlərini nümayiş etdirib.
 
Snup Doqqun model qismində "debüt"ünü maraqla izləyənlər və bəyənənlər arasında rus supermodel Natalya Vodyanova da vardı.
 
Milli.Az