Bakı, 4 mart, AZƏRTAC 
Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən ölkəmizə qaçaqmalçılıq yolu ilə mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığı üçün təhlükə törədən pirotexniki və tezalışan mallar gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildiriblər ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində “Kamaz” markalı, 35BF757 dövlət nömrə nişanlı avtomaşın saxlanılaraq “İpək Yolu” gömrük terminalına gətirilib və nəqliyyat vasitəsində olan mallara baxış keçirilib. Avtomaşının içərisindən heç bir yük müşaiyət sənədi olmayan 115 min 120 qutu pirotexniki məmulat və 3 adda müxtəlif markalı 8372 ədəd fişəng aşkar edilərək götürülüb.
Faktla bağlı təhqiqat aparılır.