Dünən təbiətin daha bir möcüzəsi yaşanıb.
 
Hind okeanındakı Mavriki adasının sahillərində, okean dərinliyində burulğan və sualtı şəlalə yaranıb.
 
Milli.Az ABC-yə istinadən bildirir ki, Mavriki adasının cənub-qərb sahillərindəki bu ecazkar, hətta fantastik olayı alimlər tədqiq etməyə başlayıblar.
 
Mavriki adası Afrikanın yaxınlığında, Hind okeanındadır. 1968-ci ildə dövlət müstəqilliyi qazanmış ada 1992-ci ildə respublikaya çevrilib.
 
Milli.Az