XİN rəsmisi bu təbliğatın fanatik yəhudilərə istiqamətləndiyini bildirib
İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ konqresindəki çıxışına rəsmi Tehran sərt münasibət bildirib.

Anspress-in məlumatına görə, bu barədə açıqlama verən İran XİN-in məruzəçisi Mərziyə Əfxəm Netanyahunun seçki təbliğatı ilə məşğul olduğunu deyib.

XİN rəsmisi bu təbliğatın Tel-Əvivdə yaşayan fanatik yəhudilərə istiqamətləndiyini bildirib.

“Netanyahunun bu çıxışı radikal qrupların sionist rejim tərəfdarları arasında belə tək qaldığının və zəiflədiyinin işarəsidir. Baş nazirin çıxışı həm də Tel-Əvivdəki fanatiklərə istiqamətlənmiş seçki təbliğatının bir hissəsidir”.

Əfxam çıxışda nüvə proqramı barədə deyilən sözləri isə Netanyahunun mütəmadi təkrarladığı yalanlardan biri olduğunu vurğulayıb.

Milli.Az