Türk karateçilər Misirdən 12 medalla qayıtdılar
ANS PRESS-in məlumatına görə, türkiyəli karateçilər 2015-ci il Avropa Çempionatından cəmi üç həftə əvvəl Şarm Əl Şeyxdə keçirilən Premyer Liqa yarışlarında ümumilikdə 12 medal qazanıblar. Türkiyədə keçiriləcək Avropa Çempionatında Bakı 2015 Avropa Oyunlarında çıxış etmək üçün vəsiqə qazanmaq imkanı olacaq. Bu barədə Bakı 2015 Avropa Oyunlarının rəsmi internet səhifəsi xəbər yayıb.
İkiqat Avropa çempionu və 2012-ci il dünyanın bürünc medalçısı Serap Özçelik qadınlar arasında 50 kq kateqoriyada qələbə qazanıb, 2013-cü il Avropa çempionu Tuba Yenen Yakan isə Premyer Liqada 55 kq çəkidə ilk qələbəsini qazanıb.
Daha iki Türkiyəli qadın idmançı da Misirdə qızıl medal qazana biliblər. İkiqat Avropa çempionu və iki Dünya çempionatının medalçısı Hafsa Şeyda Burucu 68 kq çəkidə, gənclər arasında keçmiş dünya çempionu Meltem Hocaoğlu isə 68 kiloqramdan yuxarı çəkidə qələbə qazanıblar.
Kişilər arasında isə yalnız 2013-cü il Avropa çempionu Aykut Kaya 60 kq kateqoriyada qələbə qazana bilib.
Medal qazanan digər Türkiyə qadın idmançısı 61 kq çəkidə ikinci yerə çıxan Merve Çoban olub.
Türkiyənin kişi karateçiləri yarışları iki gümüş və dörd bürünc medalla başa vurublar.
Mehmet Yakan kata növündə, Ziya Yaşar isə 84 kq çəkidə ikinci yeri tutublar. Uğur Aktaş 84 kq çəkidə, Rivdan Kaptan və Dünya və Avropa çempionu Enes Erkan 84 kiloqramdan artıq çəkidə üçüncü olublar. Türkiyə komandası üçüncü bürünc medalını da kata növündə qazanıb. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33