Tərkibi:
toyuq döşü
ağ kələm
soğan
duz
istiot
yağ (qızartmaq üçün)
(kələm və əti bərabər miqdarda, soğanı iki dəfə az götürün)
Ərzağı iri doğrayın.
Ət maşınından keçirin.
Duz, istiot vurun. Yumurta, yaxud çörək vurmaq lazım deyil.
Əllərinizi isladıb kotletlər tutun, dərhal da qaynar yağa salıb hər iki üzünü təxminən 5-7 dəqiqə qızardın.
Nuş olsun!
Resept: vk.com/vkusnenki
Milli.Az




