Mübariz Qurbanlı Türkiyədə görüşlərə başladı
Martın 3-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək nümayəndə heyətimizlə görüşüb.
Görüşdə iki qardaş ölkə arasındakı münasibətlər ətraflı fikir mübadiləsi aparılıb.
Sonra Mübariz Qurbanlı və nümayəndə heyətinin üzvləri Türkiyə Baş nazirinin müavini Bülənd Arınçla görüşüblər.
Bülənd Arınç Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə yüksək səviyyədə olan əlaqələrlə yanaşı, milli-mənəvi dəyərlərin qorunması və doğru təbliği istiqamətində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Mübariz Qurbanlı isə öz növbəsində qeyd edib ki, Azərbaycan bütün sahələrdə Türkiyə ilə münasibətlərin inkişafına xüsusi önəm verir.
Səfər çərçivəsində TBMM-in İnsan Hüquqları Komissiyasının sədri Ayxan Səfər Üstün və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar ilə görüşlər keçirən nümayəndə heyətimiz Ankara Universitetinin ilahiyyat fakültəsində və Ankara Müftülüyündə də olub.
Görüşlərdə Türkiyədə dini xadimlərin yetişdirilməsi, islam dininin tədrisi, dünyada doğru təbliği və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda din sahəsinə göstərdiyi həssas yanaşma bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir, ölkəmizdə yeni ibadətgahlar inşa edilir, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirilir.
Xatırladaq ki, səfərin birinci günü nümayəndə heyətimiz Türkiyənin Diyanət İşləri başqanı Mehmet Görmez və Dini İşlər üzrə Ali Qurumun sədri Hüseyn Kayapınarla da görüşlər keçirib. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33