Ombudsman təsisatı ilə UNICEF arasında əməkdaşlığa dair müqavilə imzalanıb
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Andro Şilakadze ilə görüşüb.
Görüşdə Ombudsman təsisatı ilə UNICEF arasında 2015-ci il üzrə əməkdaşlığa dair ikitərəfli müqavilə imzalanıb.
Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, görüşdə müvəkkil UNICEF-lə səmərəli əməkdaşlıq əlaqələrinin yaradıldığını, birgə tədbirlərin, mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. O, gələcək əməkdaşlığın yeni müstəvidə davam etdiriləcəyinə əminliyini ifadə edib. Ölkəmizdə uşaq və gənclər siyasətinin uğurla həyata keçirildiyi, Heydər Əliyev Fondunun bu istiqamətdə mühüm tədbirlər gördüyü vurğulanıb. Ombudsman təsisatının uşaq hüquqlarının təmininə və təbliğinə də böyük diqqət yetirdiyi, müvəkkilin uşaq hüquqları üzrə ombudsmanların Avropa şəbəkəsinin (ENOC) üzvü olduğu diqqətə çatdırılıb.
A.Şilakadze Azərbaycanın bütün sahələrdə böyük uğurlara imza atdığını, uşaq hüquqlarının müdafiəsində nailiyyətlər əldə etdiyini deyib. O, ombudsmanın əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının qorunması sahəsində zəngin təcrübəyə malik olduğunu, innovativ təşəbbüsləri ilə tanındığını bildirib.
E.Süleymanova yaxın keçmişdə həyata keçirilən və müsbət nəticələr vermiş Tvinninq və TAİEX proqramları çərçivəsində təsisatın uğurlu iştirakını, sözügedən layihələr nəticəsində hər iki tərəfin qarşılıqlı olaraq müsbət təcrübəyə yiyələndiyini, layihəyə əsasən görüləcək işlərin də uğurlu olacağına inandığını qeyd edib.
Müvəkkil UNICEF ilə birgə əməkdaşlıq üçün cari iş planında sosial cəhətdən təcrid olunmuş uşaqların tam və məhsuldar olaraq gündəlik həyatlarında təkmilləşmiş keyfiyyətli xidmətlərdən istifadə imkanının genişləndirilməsinin nəzərdə tutulduğunu bildirib. Eyni zamanda, Ombudsmanın Milli Preventiv Qrupunun, habelə uşaq hüquqlarının müdafiəsi sahəsində çalışan dövlət qurumlarının, hüquq mühafizə və yerli icra hakimiyyəti orqanlarının ehtiyacların qiymətləndirilməsi və təlimlər vasitəsilə bacarıqlarının artırılmasının, regional mərkəzlərin və yerli QHT-lərin də bu prosesə cəlb edilməsinin, uşaq hüquqlarının müdafiəsinin monitorinqinin genişləndirilməsinin diqqət mərkəzində olacağı qeyd edilib.
Qonaq qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını və müvəkkilin fəaliyyətinə dəstək verəcəyini diqqətə çatdırıb.
Görüşdə UNICEF-in nümayəndəliyinin rəhbərinin müavini xanım Nafisa Binte Şafiqi və məsul əməkdaşı Ramiz Behbudov da iştirak ediblər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04