“AZƏRTAC xəbər verir” filmi Azərbaycan Televiziyasında yayımlanacaq
Bakı, 3 mart, AZƏRTAC
Xəbər verdiyimiz kimi, 95 illik yubileyi münasibətlə AZƏRTAC-ın tarixindən, fəaliyyətindən bəhs edən 43 dəqiqəlik “AZƏRTAC xəbər verir” adlı sənədli film hazırlanıb. Agentliyin öz istehsalı olan filmin ideya müəllifi AZƏRTAC-ın baş direktoru Aslan Aslanovdur.
Film martın 3-də Azərbaycan Televiziyasında yayımlanacaq.
Ölkənin tanınmış ictimai-siyasi xadimlərinin agentlik haqqında fikirlərini bölüşdüyü filmdə AZƏRTAC-ın informasiya yayımı sahəsində təcrübəsindən söhbət açılır. Bildirilir ki, düz 95 ildir agentlik Azərbaycan tarixinin salnaməsini yaradır. Ölkənin ən vacib hadisələrinin işıqlandırılmasında AZƏRTAC daim öndə gedir. Agentlik ölkədə keçirilən beynəlxalq sərgilərdən, konfranslardan reportajları təkcə sayt üçün hazırlamır. Bu xəbərlər ölkə qəzetlərində və elektron mətbuatda da yer alır.
Filmdə diqqətə çatdırılır ki, 95 il əvvəl Azərbaycana və xalqımıza xidmət etməyə başlayan AZƏRTAC bu gün də informasiya sükanının arxasındadır. Azərbaycanın ilk qəzeti “Əkinçi”, ilk jurnalı “Molla Nəsrəddin” olduğu kimi, ilk informasiya agentliyi də AZƏRTAC-dır. Ölkəmizin milli dəyərləri sırasında layiqli yerini tutan AZƏRTAC daim yenilənən informasiya sahəsində irəliyə doğru addımlayır və Azərbaycan reallıqlarını dünyaya çatdırır.
Martın 3-də axşam xəbərlərindən dərhal sonra AzTV-də yayımlanacaq “AZƏRTAC xəbər verir” filmini izləməyi unutmayın.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47