Afrikaya gəzintiyə yollanan "Nyukasl" azarkeşi faciəvi şəkildə ölüb.

ANS PRESS-in məlumatına görə, 38 yaşlı Con Kearsley ailəsi ilə birlikdə Tanzaniyaya yollanıb. Həyat yoldaşı Doreenlə evliliklərinin 10 ilini qeyd edən Conun başına gözlənilməz iş gəlib.

Belə ki, o, sərхoş vəziyyətdə maşınlarından təхminən 90 metr aralıda olan zebranı hirsləndirib. Bu səbəbdən heyvan ona hücum edib və parçalayaraq öldürüb.

Maraqlıdı ki, bu zaman Conun əynində "Nyukasl"ın zebra naхışlı forması olub.

Mənbə
ANS PRESS