"Bu fotonu “Şəbəkə"nin "poçt qutusu" rubrikasında efirə verdik. Fotonu bizə göndərən Günay adlı tamaşaçımız iddia edir ki, Tibb Universitetinin tələbələri dərs vaxtı telefonla "oynayır". Foto efirə gedəndən dərhal sonra aləm qarışdı bir-birinə. Tezliklə fotoda görünən və görünməyən tələbələr inboxuma "hücum" etdilər. Mən onları ANS-ə dəvət etdim. Gənclərlə söhbətim zamanı onlar ciddi cəhdlə dedilər ki, bu foto dərs vaxtı deyil, tənəffüsdə çəkilib. Amma universitetin bəzi tələbələri (hansılar ki, adlarının açıqlanmasını istəmirlər) səmimi şəkildə etiraf ediblər ki, bəli dərs zamanı auditoriyada başı telefona qarışan tələbələr olur”, - deyə verilişdə bildirilib.
ANS PRESS “Şəbəkə” verilişində göstərilən fotonu təqdim edir:
MənbəANS PRESS