Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, siyahıya 79.2 milyard dollarlıq sərvətlə “Microsoft” şirkətinin 59 yaşlı yaradıcısı Bill Qeyts liderlik edir. O, artıq bu pilləyə son 20 il ərzində 16-cı dəfədir ki, yüksəlir.

Daha sonrakı ardıcıllıq belədir:
Karlos Slim Eli – latın amerikalı telekommunikasiya maqnatı, 77.1 milyard dollar

Uoren Baffet – investor, 72.7 milyard dollar

Amansio Orteqa – “ZARA” brendinin sahibi, 64.5 milyard dollar

Larri Ellison – “Oracle” şirkətinin rəhbəri, 54.3 milyard dollar Çarlz Kox – neft maqnatı, 42.9 milyard dollar

Çarlz Kox - neft maqnatı, 42.9 milyard dollar

Devid Kox – neft maqnatı, 42.9 milyard dollar

Kristi Uolton – “Walmart topdansatış şəbəkəsi”nin rəhbəri, 41.7 milyard dollar

Cim Uolton – “Walmart topdansatış şəbəkəsi”nin rəhbəri, 40.6 milyard dollar

Lilian Betankur – “L'Oreal” kosmetika firmasının sahibi, 40.1 milyard dollar