Bu gün Bakının Suraxanı rayonunda oğul atasını bıçaqlayıb.

Suraxanı rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, oğlu tərəfindən bıçaqlanan ata xəstəxanada dünyasını dəyişib.

Hadisə Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1983-cü il təvəllüdlü Ağaəli Bayraməli oğlu Tağıyev atası, 1958-ci il təvəllüdlü Bayraməli Tağıyevi bıçaqlayarıb.

Ağır bıçaq xəsarətlərilə xəstəxanaya aparılan Ağaəli Tağıyevin həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şəxs Suraxanı rayon Polis İdarəsi və 31-ci polis bölməsinin əməkdaşları tərəfindnə saxlanılıb.

Hadisənin hansı səbəbdən törədildiyi məlum deyil.

Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə
ANS PRESS