Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala 11 milyard 111,9 milyon manat investisiya yönəldilib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,7 % çoxdur.
O cümlədən, son 1 ildə qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 1,9 % artaraq 7 milyard 403,3 milyon manat təşkil edib.