Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 86,1 min nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.
Metbuat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.
Məlumata görə, onların 52,8 %-ni kişilər, 47,2 %-ni isə qadınlar təşkil edib.