Sabah Masallının iki kəndində qaz olmayacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsindən bildirilib.
Payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək rayonun Ağakişibəyli və Şərəfə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.