ABŞ Prezidenti Donald Tramp ölkənin İranla müharibə səbəbindən raket və sursat ehtiyatlarının tükəndiyi barədə iddiaları rədd edib.

Metbuat.az xəbər verir ki, Tramp ordunun kifayət qədər böyük sursat ehtiyatına sahib olduğunu bildirib.

O, məxfi məlumatları mediaya ötürən şəxsləri “xəyanət”də günahlandırıb və onların uzunmüddətli həbs cəzası alacağını deyib.

ABŞ mediasında isə ölkənin İrana qarşı əməliyyatlarda uzaqmənzilli dəqiq idarə olunan raketlərinin böyük hissəsini istifadə etdiyi iddia olunur.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesablamalarına görə, iyulun sonuna ABŞ-ın əlində təxminən 759-827 “Patriot” raketi qalıb. Bu, müharibədən əvvəlki ehtiyatın təxminən üçdə birinə bərabərdir.

İranın müdafiə naziri Məcid İbn-e-Rza isə ABŞ-ın imkanlarının azaldığını iddia edərək, İran ordusunun istənilən təhdidə cavab verməyə hazır olduğunu açıqlayıb.