ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqların müsbət istiqamətdə irəlilədiyini və razılaşmanın yaxın zamanda əldə oluna biləcəyini bildirib.

Metbuat.az xəbər verir ki, Oval kabinetdə jurnalistlərin suallarını cavablandıran Tramp danışıqlarda şəxsən iştirak etdiyini deyib. Onun sözlərinə görə, İranın daha uzun müddət müqavimət göstərəcəyini düşünmür.

Hörmüz boğazı ilə bağlı isə Tramp İranla hələ tam razılığa gəlinmədiyini, prosesin davam etdiyini bildirib.

O, ABŞ-nin boğazı blokada yolu ilə nəzarətdə saxladığını, lakin İranın gəmilərə atəş açmaq və ya tankerlərin hərəkət etdiyi ərazilərə mina yerləşdirmək imkanının olduğunu deyib.

ABŞ-nin sursat ehtiyatları ilə bağlı sualı cavablandıran Tramp isə heç bir çatışmazlıq yaşanmadığını və istifadə olunan ehtiyatların gündəlik bərpa edildiyini bildirib.