UEFA Konfrans Liqası çərçivəsində Polşanın Lublin şəhərində Ukraynanın “Dinamo” (Kiyev) və Azərbaycanın “Qarabağ” komandaları arasında keçirilən III təsnifat mərhələsinin ilk oyunu başa çatıb.
Metbuat.az xəbər verir ki, “Lublin Arena”da oynanılan qarşılaşma Kiyev təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 10-cu dəqiqədə Matvey Ponomarenko vurub.
Ağdam klubunun heyətində 88-ci dəqiqədə Cebrail Makreçkis qırmızı vərəqə ilə cəzalandırılıb.
Komandalar arasında cavab matçı avqustun 13-də Bakıda təşkil olunacaq.