London birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 92,12, WTI 84,61 dollara kimi artıb.
Metbuat.az xəbər verir ki, Azərbaycanın “Azeri Light” markalı neftinin 1 barelinin qiyməti isə 100 dollara çatıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni və əhatəli hərbi əməliyyatların keçiriləcəyini bəyan etməsi, Hörmüz boğazında neftlə dolu tankerin raket zərbəsi ilə vurulması (tankerin hansı dövlətə məxsus olduğu və nə qədər neft daşıdığı araşdırılır) və İranın pilotsuz uçan aparatları (PUA) ilə Küveytə genişmiqyaslı hərbi hücumu dünya enerji bazarında neftin qiymətinin bahalaşmasının yeni mərhələsinin başlamasına səbəb olub.