Şamaxıda oğul atasını bıçaqlayıb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Sabir qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, 37 yaşlı Anar Ağayev ailə-məişət mübahisəsi zəminində atası, 67 yaşlı Məmməd Ağayevə kəsici alətlə xəsarət yetirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.