Çin İrana təxminən 400 ədəd hava hücumundan müdafiə raket sistemi göndərəcəyi ilə bağlı iddiaları təkzib edib.

Metbuat.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Pekində keçirilən brifinqdə danışıb. O, Çinin İrana raket buraxıcıları göndərəcəyi barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib. Sözçü qeyd edib ki, Çin hər zaman sülhün qorunmasını və münaqişələrin sona çatmasını dəstəkləyir.

Qeyd edək ki, xarici mediada Çin istehsalı olan təxminən 400 ədəd çiyinlə atılan hava hücumundan müdafiə sisteminin İrana göndəriləcəyi iddia olunurdu. Sistemlərin Pakistan ərazisindən keçməklə İrana çatdırılacağı iddia edilirdi. Pakistan da yükün öz ərazisindən keçəcəyi ilə bağlı yayılan məlumatları daha əvvəl təkzib etmişdi.